Səbət
    Bakı tanrıçılıq kompleksi
    Həsən Həsənov

    Bakı tanrıçılıq kompleksi

    9.10₼


    Məhsulun kodu: 02M0JFU6YU
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952515398
    Səhifə sayı: 316
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x200
    Çatdırılma: 1-3 iş günü arası.

    Həsən Həsənovun təqdim olunan "Bakı tanrıçılıq kompleksi" monoqrafiyası Bakı bütpərəstlik kompleksinin, Bakı Qız qalasının, Qobustanın nadir qayaüstü təsvirləri kompleksinin hərtərəfli fənlərarası tədqiqinə ilk cəhddir. Əsərdə Bakı bütpərəstlik kompleksinin bir çox gizli mənalarının açıldığını etiraf etməyə əsas verən tamamilə yeni konsepsiya təqdim olunur. Bu kitabda qədim Bakının sakrallığı, Bakı bütpərəstlik kompleksinin formalaşdırılma prinsipləri, İçərişəhərdə skiflərin bütpərəst tenqirliklərinin iyerarxik yerləşməsi, onların zahiri görünüşü, adları haqqında tamamilə yeni informasiyalar verilir. Əsərdə Misir arxeologiyası üzrə aparıcı tədqiqatçıların qədim Misir mənbələrində Bakının adının çəkilməsi barədə unudulmuş məlumatları canlandırılır, Bakı bütpərəstlik kompleksinin planiqrafiyasında ulduz bürclərinin canlandırılması barədə məlumat verilir. Polisemantik etimologiya və linqvistik arxeologiya metodları burada xüsusi qeyd olunmalıdır, çünki müəllif onların köməyi ilə Bakının, Bakı Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açır. H.Həsənovun əsərinin yalnız tarix, memarlıq elmləri və sənətşünaslıq üçün deyil, həm də humanitar elmlər üçün əhəmiyyətini tam dəyərləndirmək olduqca çətindir. Çünki qədim Azərbaycan mədəniyyətinin dünyagörüşü və etnik zəmini haqqında məsələ ilk dəfə onun tərəfindən qoyulub və həll edilib. Təqdim olunan kitab müəllifin "Qız qalası" əsərinin dördüncü nəşridir. İlk iki nəşr rus dilində olub, üçüncü nəşr ingilis dilində UNESCO tərəfindən həyata keçirilib. Hazırkı nəşr Azərbaycan dilində birincidir. Bu nəşrin əvvəlkilərdən fərqi kitabın iki cilddə olmasındadır. Bu səbəbdən əsərdə onun məzmununa xələl gətirmədən cüzi struktur dəyişiklikləri edilib. Əsərin iki cilddə çap olunması tədqiqatın iki yaxın, amma müstəqil mövzuları əhatə etməsi ilə bağlıdır. Birinci cild məşhur "Bakı Qız qalası"na, ikinci isə hazırkı Bakı şəhərinin öz başlanğıcını götürdüyü, çox az məlum olan, lakin izləri qalan "Bakı tanrıçılıq kompleksi"nə həsr olunub. Kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Oxşar kitablar

    Həsən Həsənov

    Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr

    7.90₼
    Həsən Həsənov

    Birinci Respublikaya aparan yolda

    10.50₼
    Həsən Həsənov

    Makedoniyalı İsgəndər və Atropat

    7.70₼
    Həsən Həsənov

    Bakı Qız qalası

    8.40₼
    Həsən Həsənov

    Top gurultusu altında diplomatiya

    17.90₼
    Daron Acemoğlu

    Millətlər niyə tənəzzül edir

    15.99₼
    Zərdüşt Əlizadə

    İkinci respublikanın sonu

    24.99₼
    Daron Acemoğlu

    Dar Dəhliz

    30.00₼
    Svetlana Aleksiyeviç

    Sonuncu şahidlər

    11.20₼