Səbət
    Bir ömür iki tale
    Şain Sinaria

    Bir ömür iki tale

    24.99₼


    Məhsulun kodu: RW7VOSYBYA
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952532890
    Səhifə sayı: 672
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 155x235
    Çatdırılma: 1-3 iş günü arası.

    Fransada Akmed Mişel adı ilə tanınan “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılov... 1966-cı ildən indiyədək, yəni 50 ildən çoxdur televiziyada, radioda, mətbuatda, kitab və filmlərdə əfsanəvi qəhrəman kimi təqdim olunan, Fransa prezidenti Şarl de Qollun dostu və silahdaşı sayılan, “Fransanın Milli Qəhrəmanı” adlandırılan bu adam əslində kim olub? Necə olub ki, 21 yaşında orduya çağırılan bu gənc azərbaycanlı aqronom Fransanın azadlığı uğrunda vuruşub? Doğrudanmı almanlar onun başına 10 min marka pul qoyub? Onun de Qoll ilə dostluğu həqiqət idimi? Fransa Kommunist Partiyasının rəhbəri Moris Torezlə şəxsi tanışlığı barədə deyilənlər doğru idimi? Yalan idisə, bu, kimlərin fantaziyasının məhsulu idi? Bu insan niyə yalnız 1966-cı ildə – müharibədən 21 il sonra yada düşdü? Sovet İttifaqı Qəhrəmanı adı verilməyən bir adama nə üçün “əfsanəvi qəhrəman” deyirlər? II Dünya müharibəsində ad qazanmış azərbaycanlılar arasında Əhmədiyyə Cəbrayılov qədər təzadlı taleyi olan, həyatı da, ölümü də ağlasığmaz əhvalatlarla bəzənən ikinci bir şəxs yoxdur. Onun oxuculara ilk dəfə təqdim olunan bu rəsmi bioqrafiyası çoxillik araşdırmaların nəticəsidir. Fransa arxivlərindən tapılan materiallar, muzeylərdəki tarixi sənədlər, habelə fransız tarixçiləri və Akmed Mişelin cəbhə yoldaşları ilə söhbətlər əsasında yazılmış bu kitabda oxucu Əhmədiyyə Cəbrayılovun əslində kim olduğunu öyrənəcək.

    Oxşar kitablar

    Şain Sinaria

    İvon Bottonun arzuladığı həyat

    16.80₼
    Banin

    Qafqaz günləri

    11.99₼
    Anna Frank

    Gündəlik - Anna Frank

    9.99₼
    Sergey Jitomirski

    Sirakuzlu Alim

    9.00₼
    Fərhad Cabbarov

    Səxavət dünyasının sərvəri

    22.90₼
    Nikolay Pavlenko

    Birinci Pyotr

    11.90₼
    Oljas Süleymenov

    Oljas Fenomeni

    16.80₼
    Fəridə Əzizova

    Azadəlik carçısı

    14.90₼