Səbət
    Biz qadınlarla həmişə nəzakətliyik
    Raymond Queneau

    Biz qadınlarla həmişə nəzakətliyik

    5.99₼


    Məhsulun kodu: 9B2E2IPA2C
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 9789952361735
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 110x160
    Çatdırılma: 1-3 iş günü arası.

    Görkəmli fransız yazıçısı, şair, esseist və tərcüməçi, sürrealist hərəkatın iştirakçısı, bir neçə nüfuzlu ədəbi mükafatların , o cümlədən “Qara Yumor Mükafatı”nın laureatı, ULİPO –nun (OULIPO - Ouvroir de la littrature potentielle, Potensial Ədəbi Qrup) – yaradıcılarından biri, Qonkur akademiyasının üzvü, məşhur erudit, rəssam və riyaziyyatçı. Keno yaradıcılığına şair-sürrealist kimi başlayıb, yaradıcılığının son on beş ili OULİPO qrupu ilə bağlı olub. Amma, hər iki halda onu yazı texnikası daha çox maraqlandırıb, ona görə ki, Keno əsas bədii vəzifəsini ədəbi dilin qanunauyğunluqlarına və uğurlarına yeni nöqteyi-nəzərdən baxmaqda görüb.Onun adı və yaradıcılığı ədəbi dil mühitində ən radikal hallarla qoşa çəkilib. Raymon Keno 20-ci əsrin fransız poeziyasında həm virtuoz-eksperimentator, həm də nəzəriyyəçi- reformator kimi məşhurluq qazanıb. O, yeganə müasir yazıçıdır (o cümlədən şair və ədəbiyyatşünas) ki, dillə oyun əsasında öz yaradıcılığında da əksini tapmış yeni bədii sistem, yeni poetik dil yarada bilib. Təkcə bu fakt onu klassiklərin siyahısına salmaq üçün kifayətdir, baxmayaraq ki, onun yaradıcılığı bütün ənənələri dağıtmağa yönəlmişdi. Raymon Keno öz yaradıcılığında ikiüzlüləri, boğazdan yuxarı , pafoslu danışanları, xalqla olduğunu gözə soxmağa çalışan, əslində isə onun önünə çıxmağa cürət etməyənlərə gülüb. Azərbaycan ədəbiyyatında M.Ə.Sabir və C.Məmmədquluzadə öz ifadələri ilə necə məşhurdusa, Fransada da bu funksiyanı özündə daşıyan onun yaradıcılığıdır. O, əsərlərinə kütlənin danışıq tərzini, dili yaradan xalqın işlətdiyi söz və ifadələri salmağı borc bilib, ən adi fransızın düşüncə-danışıq tərzini kağız üzərində əbədiləşdirməyə çalışıb. Kenonun fikrincə, gülüş- ən güclü silahdır, həyatın bütün çətinliklərinə, hətta ölümə də qalib gələ bilən qüvvədir. “Biz qadınlarla həmişə nəzakətliyik”(1947) əsəri 1916-cı ildə Pasxa Bayramının birinci günündə Dublində baş tutmuş üsyana həsr edilmişdir. Əsər baş vermiş hadisələri tarixi nöqteyi-nəzərdən heç də düzgün təsvir etmir . Guya ki, mövcud olmuş irland yazıçısı Salli Maranın adından yazılıb və bu təxəllüs altında nəşr edilmiş kitaba daha iki əsər də daxildir. Onlardan daha biri - “Salli Maranın intim gündəliyi”(1950) adlı faciəvi-avtobioqrafik romandır.

    Oxşar kitablar

    Sümeyye Koç

    Məftun (I Hərcayi)

    11.99₼
    Aqata Kristi

    Frankurt yolçusu

    9.99₼
    Mario Puzo

    Sonuncu Don

    10.99₼
    Yanis Yaunsudrabinş

    Ölüm rəqsi

    6.90₼
    Kim Haqi

    Müstəmləkə uşağı

    9.99₼
    Elçin Səfərli

    Mənə dənizdən danış

    7.50₼
    Frensis Börnet

    Sirli bağ

    6.99₼
    Səbahəddin Əli

    Quyucaqlı Yusuf

    7.49₼
    Əlisa Nicat

    Azadlıqdan doyanlar

    5.00₼
    Gülsərən Budayıcıoğlu

    Medalyonun içi

    14.99₼