Səbət
    Ələkeçməz Yaquar
    Elxan Elatlı

    Ələkeçməz Yaquar

    9.90₼


    Məhsulun kodu: GYEEW8VTRQ
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952563115
    Səhifə sayı: 280
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x198
    Çatdırılma: 1-3 iş günü arası.

    Ailəsi ilə Rusiyanın kiçik bir şəhərində yaşayan azərbaycanlı iş adamı Fikrət Nəzərlinin yeni tikilmiş qoyun ferması naməlum şəxslər tərəfi ndən yandırılır. Bir həftə sonra isə ona anonim məktub gəlir: “Çıx get buradan, yoxsa sən də, bütün ailən də məhv ediləcəksiniz”. İş adamı bu təhdidə əhəmiyyət vermir. Səhvi də elə burada olur. Bir həftədən sonra böyük oğlu güllələnib öldürülür. Şahidlər hər iki hadisə ilə bağlı qara rəngli “Yaquar” avtomobilindən bəhs edirlər. Fikrətin Moskvada yaşayan hüquqşünas dostu baş verənləri araşdırmaq üçün gənc detektivlər Ayxan Asayevi və Melisa Kazakovanı şəhərə gətirir. Onlar dərhal işə başlayır. Az sonra Melisa naməlum şəxs tərəfindən qətlə yetirilir. Şahid ifadələrinə görə, güllə qara “Yaquar”dan atılıbmış. Asayev sevimli dostunun ölümündən sarsılıb özünə qapanır, günün çoxunu içməklə və yatmaqla keçirir. Ələkeçməz “Yaquar” isə öz qurbanlarının sayını artırmaqda davam edir. Artıq bütün şəhər əhalisi qorxu içindədir, küçədə qara “Yaquar” görəndə hamı qeyri-ixtiyari olaraq vahimələnir. Fikrət çıxılmaz vəziyyətdədir. Bütün qəzəbini Asayevin üstünə töküb ondan evini və şəhəri tərk etməsini tələb edir. Az sonra isə Fikrətə məlum olur ki, bütün bu qanlı hadisələrin daha qorxunc səbəbləri varmış...

    Oxşar kitablar

    Elxan Elatlı

    Ən yaxın planet

    9.90₼
    Elxan Elatlı

    Belçika ovçarkası

    9.90₼
    Elxan Elatlı

    Armed Mişel

    8.90₼
    Elxan Elatlı

    Eksperiment

    8.50₼
    Elxan Elatlı

    Ölümsüz qətl

    10.90₼
    Elxan Elatlı

    Məhəbbətin gizli kodu

    8.90₼
    Elxan Elatlı

    Qanunsuz əməliyyat

    8.90₼
    Elxan Elatlı

    Arxalı canavar

    8.90₼
    Elxan Elatlı

    Alternativ əməliyyat

    8.90₼
    Elxan Elatlı

    Susan qadın

    9.90₼