Səbət
    İdiot
    Elif Batuman

    İdiot

    14.90₼


    Məhsulun kodu: X5TD5BXEYC
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952532722
    Səhifə sayı: 500
    Tərcüməçi: Könül Nəsibova
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 140x210
    Çatdırılma: 1-3 iş günü arası.

    1995-ci il... E-poçt çoxları, xüsusən də, məktəbi təzəcə bitirib tələbəlik həyatına başlayanlar üçün hələ yeni bir təcrübədir. İllər əvvəl ABŞ-yə köçmüş türk mühacirlərinin qızı Selin Harvard Universitetinə qəbul olunur: indiyədək adını belə eşitmədiyi fənlər üzrə dərs almaq üçün qeydiyyatdan keçir, qeyri-adi xarakterə malik serb qız Svetlana ilə dostlaşır və tamamilə təsadüfən macar oğlan İvanla e-poçt vasitəsilə yazışmağa başlayır. İvan riyaziyyat fakültəsinin sonuncu kurs tələbəsidir. Onunla üz-üzə gələndə kəlmə kəsməyə cəsarət etməyən, hər görəndə söhbətdən qaçan Selin qəribə məzmunlu məktublar yazmaqdan çəkinmir və səbirsizliklə İvandan cavab gözləyir. Selinlə İvan arasındakı bu yazışma getdikcə yeni və həddən artıq müəmmalı mənalar kəsb etməyə başlayır. Tədris ili bitəndə İvan Budapeştə gedir, Selin isə ucqar macar kəndlərindən birinə yollanır və məktəblilərə ingilis dili öyrədir. Ancaq eyni təcrübəni yaşamış tələbələrdən daha əvvəl eşitdiyi macəraların heç biri başına gəlmir, əksinə, tamamilə fərqli anlar yaşayır və öz daxili aləminə səyahət edir, hisslərini sahmana salır: ilk məhəbbətin başgicəlləndirici təsiri, sözlə ifadəsi mümkün olmayan çaşqınlığı ilə mübarizə aparır, özü ilə savaşır və getdikcə daha çox dərk edir ki, yazıçı olmaq onun alın yazısıdır. Elif Batuman yetkinlik çağının astanasında həyatın nə qədər qarışıq və qeyri-müəyyən olduğunu son dərəcə həssaslıqla və müdrikcəsinə ön plana çıxarır. “İdiot” məst etdiyi qədər də əziyyət verən bu həyatda bir insan kimi formalaşmağın sevinci və dəhşəti ilə qəhrəmancasına, lakin təmkinlə hesablaşmağın nə demək olduğunu əks etdirir.

    Oxşar kitablar

    Nikolas Sparks

    Ürəyimə bax

    10.90₼
    Guillaume Musso

    Çünki səni sevirəm

    9.99₼
    Ann Paçet

    Holland evi

    13.99₼
    Antuan dö Sent-Ekzüperi

    Qəsr

    11.99₼
    Varis

    Uzaqdan gələn yağış

    8.40₼
    Cüzeppe Katotsella

    Demə ki, qorxuram

    10.90₼
    Gi De Mopassan

    Gonbul

    3.99₼
    Raqif Raufoğlu

    Ustad

    9.90₼
    Orxan Pamuk

    Beynimdə Qəribəlik

    9.99₼
    Aqşin Yenisey

    Tarix və tale

    13.00₼