Səbət
    Kremlin arvadları
    Larisa Vasilyeva

    Kremlin arvadları

    11.60₼


    Məhsulun kodu: 2TPHHC1PVL
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-26-547-7
    Səhifə sayı: 664
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Rus yazıçısı L.Vasilyevanın «Kremlin arvadları» kitabı 1917-ci ilin oktyabrından 1991-ci ilin avqustuna kimi, əvvəlcə XKS – bolşevik, sonra da SSRİ – kommunist diktaturası rəhbərlərinin həyat yoldaşları-arvadlarına həsr olunmuşdur. Son dərəcə əhatəli və əsrin axırlarında SSRİ dağılana kimi arxivlərin xüsusi bölmələrində tamamilə və həmişəlik məxfi möhürü ilə saxlanılan partiya və dövlət təşkilatların rəsmi sənədlərindən, faktiki materiallardan lazımınca istifadə etmiş müəllif, qalın Kreml divarları əhatəsində baş vermiş qadın faciələrinin səbəbləri və səbəbkarları haqqında oxuculara ətraflı məlumat verir. İ.Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın intiharından sonra, Kreml rəhbərləri arvadlarının həbs edilib ölüm düşərgələrinə sürgünə göndərilmələrinin miqyasları günü-gündən genişlənərək, onun ölüm gününə kimi davam etmişdir. Üç hissə, 664 səhifə və 150-dən artıq personajdan ibarət kitabda bir nəfər də olsun bədii obraz yoxdur, bir dənə də müəllif uydurması təsvir olunmamışdır- hamısı Kreml rəhbərləri arvadlarının faciəli həyatlarının şərhidir. Məhz buna görə də müəllif, sovet-kommunist diktaturasının çoxsaylı cinayətlərinin bir qismi olan, Kremldə ancaq partiya və dövlət rəhbərlərinin arvadlarına qarşı həmin o diktaturanın güc strukturları tərəfindən törədilən cinayətləri ustalıqla sadalayaraq, oxucuları həm bu faciələrin, həm də diktator və diktator ətrafının qeyri-insani fəaliyyət haqqında daha da dərindən düşünməyə dəvət edir.

    Oxşar kitablar

    Xacə Nizamülmülk

    Siyasətnamə

    11.99₼
    Karl Marks

    Kommunist manifesti

    5.00₼
    Raymond Moudi

    Həyatdan sonrakı həyat

    11.99₼
    Vasili Veliçko

    QAFQAZ. Rus işi və tayfalararası məsələlər

    9.99₼
    Allahşükür Qurbanov

    Füyuzatın işığında istiqlala çağırış

    12.00₼
    Eten de la Boesi

    Könüllü köləlik

    8.00₼
    Xaləddin İbrahimli

    Azərbaycan mühacirəti tarixi

    8.40₼