Səbət
    Mühacirlərin dönüşü
    Dilqəm Əhməd

    Mühacirlərin dönüşü

    8.50₼


    Məhsulun kodu: DADJTN034R
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952513967
    Səhifə sayı: 140
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x205
    Çatdırılma: 1-3 iş günü arası.

    XX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalı və müstəqil respublikanın süqutu nəticəsində təqiblərdən qurtularaq dünyanın bir çox ölkələrinə səpələnmiş, ömrünü qürbətdə başa vurmağa məhkum edilmiş, həm oxşar, həm də fərqli taleli məşhur azərbaycanlı siyasi xadimlərin, ədiblərin, ziyalıların ictimai-siyasi, ədəbi-bədii irsi hələ də tam aşkarlanmayıb və öyrənilməyib. Bəzilərinin şəxsi arxivləri və ya onlara aid materialların yer aldığı digər arxivlər müxtəlif elmi mərkəzlərə, universitetlərə, muzeylərə verilib, bir çoxlarının zəngin irsi əldən-ələ düşüb, dağılıb, məhv olub, başqalarınınkı isə bu sahənin tədqiqatçılarının üzünə uzun müddət bağlı qalıb. Bu kitab araşdırmaçı-jurnalist Dilqəm Əhmədin həmin mövzuda qələmə aldığı ikinci əsərdir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır. Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmmədəli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur. Bütün bunlar mühacirlərin şəxsi həyatı ilə birbaşa bağlı olduğuna görə xüsusi maraq doğurur. Kitab Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbədir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Oxşar kitablar

    Dilqəm Əhməd

    Fərqlilər

    9.90₼
    Dilqəm Əhməd

    Bir ildən Yüz ilə

    8.40₼
    Dilqəm Əhməd

    Избранные

    9.90₼
    Saymon Sebaq Montefiore

    Böyük Yekaterina və Potyomkin

    19.60₼
    İlbər Ortaylı

    Türklərin qızıl dövrü

    11.90₼
    Çapay Sultanov

    Bakı nefti dünya şahmat taxtasında

    21.00₼
    Cəmil Həsənli

    Azərbaycanda Sovet Liberalizmi

    17.99₼
    Oljas Süleymenov

    Türklər tarixdən əvvəl

    14.00₼