Səbət
    Qəşəng dost
    Gi De Mopassan

    Qəşəng dost

    13.90₼


    Məhsulun kodu: L46W7QT9RW
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952563580
    Səhifə sayı: 484
    Cild: Bərk
    Kitabın ölçüsü: 165x230
    Çatdırılma: 1-3 iş günü arası.

    “Qəşəng dost” romanı Əlcəzair müharibəsindən Fransaya qayıdan və Parisdə pulsuz-parasız, bir qarnı ac, bir qarnı tox, miskin həyat sürən keçmiş əsgər Jorj Düruanın həyatından bəhs edir. Əlcəzairlə bağlı bir məqalə yazıb dostu Forestyenin xanımı Madlenin köməyi ilə nüfuzlu qəzetlərin birində çap etdirəndən sonra onun həyatı tamamilə dəyişir. Şərəfsiz, vicdansız, qabiliyyətsiz, ancaq qeyri-adi zahiri gözəlliyə malik olan, bununla da qadınların ağlını başından alan bu ikiüzlü gəncin obrazını satira janrında ustalıqla qələmə almış yazıçı sübut edir ki, pulun və mənəvi pozğunluğun hökm sürdüyü bir cəmiyyətdə sosial nərdivanla yuxarı dırmaşmaq üçün xüsusi intellekt və istedad sahibi olmaq lazım deyil, sadəcə olaraq zahiri gözəlliyə malik olub hamının, xüsusilə də varlı, tanınmış və nüfuzlu kişilərin arvadlarının diqqətini özünə çəkmək kifayətdir. Sıfırdan başlayıb başgicəlləndirici sürətlə zirvəyə qalxan, hamının “Qəşəng dost” adlandırdığı qəhrəmanın nüfuzlu məşuqələri sayəsindəki yüksəlişi oxucunu sözün əsl mənasında valeh edir. Qibtəolunacaq bir enerji ilə yorulmadan irəliləyən Jorj Dürua bir məqsədinə çatan kimi, dərhal növbəti hədəf haqda düşünür. Oxucu əsərin qəhrəmanının atdığı hər addımda onun harada və nə vaxt dayanacağını, irəliləyişinə nəyin və kimin, eləcə də necə mane olacağını sonsuz maraqla izləyir. Naturalizm və realizm ədəbi cərəyanına mənsub olan Gi de Mopassan XIX əsr Fransa ədəbiyyatının ən görkəmli simalarından biridir. 1885-ci ildə yazılan bu əsər aktuallığını hələ də itirməyib.

    Oxşar kitablar

    Gi De Mopassan

    Həyat

    9.99₼
    Gi De Mopassan

    Seçmə hekayələr

    6.90₼
    Gi De Mopassan

    Gonbul

    3.99₼
    Seselia Ahern

    Kaş məni görə biləydin

    10.49₼
    Aleksandr Kazbeqi

    Ata qatili

    11.99₼
    Frensis Börnet

    Sirli bağ

    6.99₼
    Daniil Xarms

    Qarı

    3.99₼
    Ənvər Məmmədxanlı

    Babək

    5.99₼
    Jan Pol Sartr

    Sahibin uşaqlığı

    4.99₼
    Sergey Dovlatov

    Zona

    5.99₼