Səbət
    Səlahəddin: Həyatı, əfsanəsi və islam imperiyası
    John Men

    Səlahəddin: Həyatı, əfsanəsi və islam imperiyası

    10.90₼


    Məhsulun kodu: THBMRBVE3C
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-36-703-4
    Səhifə sayı: 296
    Tərcüməçi: Vüsal Nəhmədli
    Cild: Bərk
    Kitabın ölçüsü: 130x200
    Çatdırılma: 1-3 iş günü arası.

    Səlahəddin Əyyubi XII əsrdə Orta Şərqdə parçalanmış müsəlman dünyasını yenidən birləşdirən, İslam aləminə böyük təhlükə yaradan Xaç yürüşlərinin qarşısını alan və 88 ildir Xristian əsarətində olan Qüds şəhərini səlibçilərdən təmizləyərək yenidən ələ keçirən tarixdəki ən böyük liderlərdən biridir. Comərdliyi, tabeçiliyində olan bütün din və millətdən olan xalqlara qarşı tolerantlığı, dostuna, düşməninə qarşı daim hörmətlə yanaşması, döyüş və zor tətbiqinə sonuncu çarə kimi yanaşması onu nəinki müsəlman-şərq dünyasında, eləcə də bütün qərb və xristianlar arasında sevimli qəhrəmanlardan birinə çevirmişdir. İngilis tarixçi və yazar John Man kitabda Səlahəddin Əyyubininin həyatını uşaqlıq illərindən ölümünə qədər çox fərqli üslubda təsvir etmişdir. Müəllif Səlahəddinin hakimiyyətə necə gəldiyini, yürütdüyü siyasət ilə parçalanmış müsəlman torpaqlarını necə birləşdirdiyini və nəhayət ən böyük zəfəri Qüds şəhərini necə azad etdiyini detallı formada gözlərinizdə canlandırır. Bu gün Yaxın, Orta Şərqdə baş verənləri daha yaxşı başa düşmək, hadisələrə tarixin daha geniş pəncərəsindən baxmaq üçün bu kitab əvəzolunmaz mənbədir. Həmçinin müsəlman dünyasının ən böyük qəhrəmanlarından olan Səlahəddin Əyyubinin həyatını qərbli tarixçi və yazarın qələmindən oxumaq xüsusilə maraq yaradır. Dünyaca məşhur ingilis tarixçi və yazar John Man əvvəllər “Reuters” agentliyində jurnalist kimi fəaliyyət göstərib. 1941-ci ildə doğulmuş yazar dünyanın bir çox dillərinə tərcümə olunmuş 20-ə yaxın tarixi əsərin müəllifidir.

    Oxşar kitablar

    John Men

    Çingiz Xan

    13.99₼
    John Men

    Monqol imperiyası

    11.90₼
    Lyudmila Pavliçenko

    Snayper

    14.90₼
    Elmira Axundova

    Əbədiyaşar məhəbbət

    14.90₼
    Sergey Jitomirski

    Sirakuzlu Alim

    9.00₼
    Devid Qrann

    Qeyb olmuş şəhər

    12.00₼
    Şarl-Moris de Taleyran Periqor

    Memuarlar

    14.90₼
    Castin Marozzi

    Tamerlan

    9.00₼
    Məhəmməd Əsəd Bəy

    Son Peyğəmbər

    9.99₼
    Antuan dö Sent-Ekzüperi

    Adamların planeti

    5.99₼