Səbət
    Bir atəş bir ölüm
    Li Çayld

    Bir atəş bir ölüm

    13.50₼


    Məhsulun kodu: XM9KGCHSH2
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952515473
    Səhifə sayı: 620
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    Altı atəş... Beş cəsəd... İş gününün sonunda şəhərin mərkəzində dəhşətli qətl hadisəsi baş verir. Heç bir saat keçmir ki, polislər qatili yaxalayırlar. Hadisə yerində aşkar olunan dəlil-sübutlar bu cinayətin motivlərinə aydınlıq gətirir. Lakin beş nəfərin qətlində ittiham olunan cinayətkarın dayanmadan təkrarladığı bir cümlə bu hadisəni əsl müəmmaya çevirir: “Cek Riçeri tapın!” Qeyri-adi həyat tərzi keçirən Cek Riçer tam bir sirr dağarcığıdır. Hər zaman bəladan uzaq durmağa çalışır. Lakin bəla ondan uzaq durmur. Bəs keçmiş hərbi polis mayoru ilə manyak qatilin nə əlaqəsi ola bilər?! “...Sürətlə soldan sağa atəş açmaqda davam etdi. İkinci güllə növbəti kişinin başına dəydi. Eyni nəticə alındı – o da öldü. Atılan üçüncü güllə bir qadının başına dəydi. Yenə də eyni nəticə... Təxminən iki saniyə ərzində üç atəş açıldı. Hədəfdəkilərdən üçü öldü. Çox qəribədir. Ətrafdakı adamlar bir anlıq donub qaldılar, heç bir reaksiya vermədilər. Sonra xaos başladı: dəhşətli hay-küy, çaxnaşma, çığırtı... Meydan divarı ilə hovuzun divarı arasındakı dar keçiddə 12 adam vardı. 3-ü artıq ölmüşdü. Qalan 9 nəfər qaçdı. 4-ü irəli cumdu, 5-i isə cəsədlərin yanından fırlanıb geri döndü və biznes mərkəzinə üz tutdu. Lakin həmin 5 nəfər ensiz keçidə yaxınlaşan izdihamla toqquşdu. Dəhşətli çığırtı qopdu. Silahlı adamın düz qarşısında vahiməyə düşmüş böyük bir insan kütləsi vardı. Arada isə 35 metrdən də az məsafə... Çox yaxın idi... Dördüncü güllə kostyumlu bir kişinin başına dəyib öldürdü. Beşinci güllə hədəfdən yan keçdi. Bir qadının çiyninin yanından vıyıltı ilə keçib dekorativ hovuzun divarına sancıldı. Bu uğursuz atəş cəhdinə məhəl qoymayıb silahının lüləsini azca yana çevirdi və altıncı güllə yenə bir kişinin düz burnundan dəyib başını parçaladı... Silahlı adam daha sonra atəşi dayandırdı...”

    Oxşar kitablar

    Li Çayld

    Bir də qayıtma

    10.50₼
    Çingiz Abdullayev

    Qırılmış əlaqə

    9.99₼
    Aqata Kristi

    Buludların üzərində ölüm

    5.99₼
    Çingiz Abdullayev

    Transilvaniya səfəri

    6.50₼
    Yo Nesbo

    Şeytanın ulduzu

    11.99₼
    Çingiz Abdullayev

    Maskanın hakimiyyəti

    8.40₼
    Aqata Kristi

    Qəmgin sərv

    6.99₼
    Çak Palanik

    Layla

    6.40₼
    Elxan Elatlı

    Dilənçi qadının sirri

    8.90₼
    Aqata Kristi

    13 müəmma

    7.90₼