Səbət
    Gənc Stalin
    Saymon Sebaq Montefiore

    Gənc Stalin

    16.80₼


    Məhsulun kodu: KEPHMRQMSA
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952513707
    Səhifə sayı: 584
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 148x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Amansız çar rejiminin təhlükəsizlik sisteminə yol tapa bilən bacarıqlı casus, cəsur inqilabçı, müdrik siyasətçi, cəsarətli maxinator, səriştəli siyasi təşkilatçı, qətiyyətli redaktor, əfsanəvi bank soyğunçusu, şair, ruhani-seminarist, ailə başçısı, qadınlarını və nikahdankənar övladlarını "uf" demədən atıb getməyə meyilli ipiqırıq məşuq... Britaniyalı tarixçi və jurnalist Saymon Sebaq Montefiore keçmiş sovet diktatoru İosif Stalini məhz belə görür və təsvir edir. Stalin haqda indiyədək çoxsaylı əsərlər yazılıb, onun siyasi və psixoloji portreti az qala bütün rakurslardan çəkilib. Amma adını tarixə əbədi həkk etmiş digər tiranlardan fərqli olaraq Stalinin həyatının erkən mərhələləri, uşaqlıq, yeniyetməlik və gənclik illəri barədə əsərlər çox azdır. Buna görə də Stalinin adı ətrafındakı qalın sirr pərdəsi hələ də qalır. İosif Cuqaşvili kim idi, necə bir ailədə doğulmuş, hansı mühitdə tərbiyə almışdı? Valideynləri kim idi, şəcərəsi haqda nələr məlumdur? Onun uşaqlığı, yeniyetməliyi, gəncliyi necə keçmişdi? Küçə davalarında bərkdən-boşdan çıxmış bu çəlimsiz, amma inadkar uşaq necə oldu ki, dünyanın aparıcı qəzetlərinin manşetlərinə düşən hay-küylü bank qarətlərinin qəhrəmanına çevrildi? Sonradan ideal kommunist, "bir nömrəli" ateist kimi tanınacaq gənc İosifi ruhani olmağa vadar edən səbəblər hansılar idi? Qadınlar "Soso" deyə əzizlənən bu çılğın qafqazlının həyatında hansı yeri tuturdu? Onun əslində neçə həyat yoldaşı, sevgilisi və nikahdankənar övladı olmuşdu? Montefiorenin çoxillik araşdırmalarının məhsulu olan "Gənc Stalin" əsərində məhz bu suallara cavab axtarılır. Tarixçilərin, politoloq və siyasətşünasların xüsusilə böyük marağına səbəb olacaq bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Oxşar kitablar

    Saymon Sebaq Montefiore

    Stalin: qırmızı çarın sarayı

    21.00₼
    Saymon Sebaq Montefiore

    Yerusəlim

    21.00₼
    Saymon Sebaq Montefiore

    Böyük Yekaterina və Potyomkin

    19.60₼
    Saymon Sebaq Montefiore

    Romanovlar

    23.80₼
    Fəttah Heydərov

    Yol

    29.90₼
    Xacə Nizamülmülk

    Siyasətnamə

    11.99₼
    Əlisa Nicat

    Azadlıqdan doyanlar

    5.00₼