Səbət
    Romanovlar
    Saymon Sebaq Montefiore

    Romanovlar

    23.80₼


    Məhsulun kodu: TIBBC2V0ER
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952515312
    Səhifə sayı: 920
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    Romanovlar müasir tarixin dünyanın 1/6 hissəsinə hökm etmiş ən uğurlu sülaləsidir. Bir ailə müharibənin darmadağın etdiyi bir knyazlığı dünyanın ən böyük imperiyasına necə çevirmiş, sonra da bütün bunları necə itirmişdi? Bu əsər bəziləri dahi, bəziləri dəli olan, amma hamısı müqəddəs avtokratiya ideyasından və imperiya ambisiyalarından ilham alan 20 çar və çariçanın hekayətidir. Montefiorenin xronikası saray sui-qəsdləri, ailə çəkişmələri, seksual dekadans və vəhşi ekstravaqantlıqla kölgələnən amansız imperiya quruculuğunun gizli dünyasını açır. Rusiyanı idarə etmək həm müqəddəs imperial missiya, həm də zəhərli badədir: çarlardan 6-sı qətlə yetirilmiş və bütün Romanovlar daimi təhlükə altında yaşamışdı. Rusiyanı imperiyaya çevirmiş Böyük Pyotr doğma oğlunu işgəncə ilə öldürmüş, sarayını isə əyyaşlığa məcbur etdiyi şəxslərin, çılpaq təlxəklərin məclisi vasitəsilə idarə etmişdi... Ərini taxtdan salan, - bundan az sonra əri qətlə yetirilmişdi, - Böyük Yekaterina gənc məşuqları ilə əylənmiş, Avropanı heyran qoymuşdu... Pavel sonralar Napoleon istilası və Moskvanın yandırılması ilə üzləşəcək, Parisə qədər gedib çıxacaq oğlu I Aleksandrın saray əyanları tərəfindən boğulmuşdu... II Aleksandr təhkimliləri azad etmiş, beş sui-qəsddən sağ çıxmış və hələ heç bir dövlət başçısının yazmadığı açıq-saçıq məhəbbət məktubları yazmışdı... Romanovlar dövrü müharibə, inqilab və bütün çar ailəsinin əzablı ölümü ilə başa çatır. Parlaq ədəbi məharətlə qələmə alınan "Romanovlar" əsəri zəfər və faciənin, məhəbbət və ölümün cəlbedici hekayəsidir.

    Oxşar kitablar

    Saymon Sebaq Montefiore

    Yerusəlim

    21.00₼
    Saymon Sebaq Montefiore

    Gənc Stalin

    16.80₼
    Saymon Sebaq Montefiore

    Böyük Yekaterina və Potyomkin

    19.60₼
    Saymon Sebaq Montefiore

    Stalin: qırmızı çarın sarayı

    21.00₼
    Kalankatuklu Moisey

    Albaniya tarixi

    13.00₼
    Müəllif yoxdur

    Cümhuriyyətə işıq saçan qadınlar

    10.99₼
    Mirzə Camal Cavanşir Qarabaği

    Qarabağ tarixi

    3.49₼
    Nəsiman Yaqublu

    Məhəmməd Əmin Rəsulzadə. Həyat və fəaliyyəti

    14.99₼
    Endryu Uist

    1-ci Dünya müharibəsinin şəkilli tarixi

    23.80₼