İlyas Əfəndiyev
Körpüsalanlar
7.50₼
| Məhsulun kodu: | UGH0GBJR41 |
| Nəşriyyat: | Qanun Nəşriyyatı |
| Dil: | Azərbaycanca |
| ISBN: | 978-9952-36-983-0 |
| Səhifə sayı: | 160 |
| Cild: | Yumşaq |
| Kitabın ölçüsü: | 145x210 |
| Çatdırılma: | 1-3 iş günü arası. |
XX əsrin ortalarında dərc olunan bu əsəri Mərkəzi Komitə qadağan edir. Səbəb kimi baş qəhrəman Səriyyənin əxlaq qaydalarını pozması göstərilir. Guya bu, cəmiyyətdə problem yaradacaqdı. Müəllif o dövr üçün yeni sayılan bir konsepsiyaya – qadın azadlığı məsələsinə fərqli rakursdan baxır. Səriyyə ədəbiyyatımız üçün yeni qadın obrazıdır. Quruculuq, inkişaf və istehsal əsas fon kimi qalır. Bu fonda Səriyyənin mürəkkəb daxili dünyası, onu ağuşuna alan qəribə duyğular açılır. Adilin düşdüyü çətin vəziyyət əks olunur. Roman həm hadisələri, həm də daxili yaşantıları canlı, dolğun təsvirlər, koloritli dialoqlar və hərəkətli təhkiyə ilə gücləndirib oxucuya ötürür.