Səbət
    Nobel qardaşları : İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar
    Benqt Yanqfeldt

    Nobel qardaşları : İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar

    30.00₼


    Məhsulun kodu: RSXZTWM7JH
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-38-667-7
    Səhifə sayı: 456
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 170x240
    Çatdırılma: 1-3 iş günü arası.

    Nobel adı ilk növbədə Alfred Nobellə assosiasiya olunur. Onun yüz il əvvəl təsis etdiyi mükafatı nəzərə alsaq, bu, tamamilə təbiidir. Hamı bilməsə də, çoxlarına məlumdur ki, Alfred görkəmli alim və bacarıqlı sahibkar olub. Daha az bilinən fakt isə odur ki, sonradan “dinamit” adı almış, partlayıcı maddə olan nitroqliserini Alfred atası İmmanuellə birgə kəşf edib. Alfred Nobel son dərəcə istedadlı ailədən çıxmışdı. Atası nadir rast gəlinən universal dahilərdən idi: memar, ixtiraçı, mühəndis və konstruktor kimi müxtəlif vacib peşələri özündə birləşdirən İmmanuel Nobelin cəmi bir neçə illik təhsili var idi. O, İsveçdə ilk ponton körpüsünü tikmiş, binaları layihələndirmiş, sualtı minaları icad etmiş, buxar mühərrikləri hazırlamışdı. Sonralar təkcə Alfred deyil, qardaşları Lüdviq və Robert də onun yolunu davam etdirmişdilər. Qardaşlar Stokholmda anadan olmuş, lakin Peterburqda böyümüşdülər. Ataları orada mexanika emalatxanasına rəhbərlik edirdi. Rusiyanın paytaxtında 21 il yaşadıqdan sonra Alfred vətənə qayıtsa da, qardaşları orada qaldı. Lüdviq atasının emalatxanasını Rusiyanın ən uğurlu maşın zavodlarından birinə çevirdi, Robert isə Bakıda imperiyanın ən böyük neft sənayesi şirkəti olan “Branobel”i yaratdı. Lüdviqin oğlu Emmanuel isə Nobellərin sənaye imperiyasını ölkənin ən güclülərindən birinə çevirdi. Bütün bunlar sahibkarlığın ləğv edilməsinə səbəb olan 1917-ci ilin inqilab tufanlarında əldən çıxdı. Nobel ailəsi 1838-ci ildən yaşadığı Rusiya imperiyasını tərk etməli oldu. Sovet İttifaqında onların adı unuduldu. Nobellər təkcə uğurlu sahibkar deyildilər, həm də işçilərə fərqli münasibət göstərməklə yeni bir cığır açmışdılar. Hələ 1870-ci ildə onlar gəlir bölgüsü sistemini tətbiq etmişdilər. Bu bölgü əsasında mühəndislər və işçilər mənfəətin 40 faizə qədərini ala bilirdilər. Onlar Peterburqdakı mexaniki zavodun və Zaqafqaziyadakı neft şirkətlərinin fəhlələri üçün yaşayış evi tikir, onların uşaqları üçün məktəblər açırdılar. Birinci Dünya müharibəsi illərində Qırmızı Xaç xəstəxanaları həmin müəssisələrin binalarında yerləşirdi. Nobel ailəsinin üzvləri həmişə rifah və demokratiya azlığından əziyyət çəkən ölkədə nümunəvi kapitalistlər idilər. Özünün mükafatını təsis etməklə Alfred Nobel beynəlxalq şöhrət qazandı. Bu mükafat olmasaydı, o, bu qədər şöhrət qazanmayacaqdı. Ya da partlayıcı maddələr və hərbi texnika istehsalı sayəsində varlanan ixtiraçı və sahibkar kimi tanınacaqdı. Alfredin atasının və qardaşlarının fəaliyyətləri də az təqdirəlayiq deyildi. İmmanuel Nobel və oğullarından ibarət sahibkar ailəsində istedad amilinin necə bölüşdürülməsi əslində, açıq sualdır. Kitabdakı ailə xronikasında bu suala aydınlıq gətirməyə cəhd edilir.

    Oxşar kitablar

    Yevgeni Brandis

    Jül Vern

    11.99₼
    Antuan dö Sent-Ekzüperi

    Adamların planeti

    5.99₼
    Etgar Keret

    Yeddi bəhrəli il

    9.99₼
    Saymon Sebaq Montefiore

    Gənc Stalin

    16.80₼
    Nelson Mandela

    Nelson Mandelanın avtobioqrafiyası

    15.40₼
    Svetlana Aleksiyeviç

    Müharibənin qadın olmayan üzü

    11.90₼
    Lyuk Paton

    Devid Bekhemin qeyri-rəsmi hekayəsi

    5.40₼
    Ştefan Svayq

    Mariya Antuanet

    8.99₼